Sosial şəbəkədə biz:

Bakıda atanın davasından uşaqları zərər çəkdi: - İki azyaşlı yandı

22 November 2021, 13:03
Gündəm

Bakıda iki azyaşlı qardaş yanıq xəsarətləri alıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini T.Əbdurrəhmanov yaşadığı evdə keçmiş bacanağı ilə münaqişə edib.

Hadisə zamanı qaynar çaydanın dağılması nəticəsində T.Əbdürrəhmanovun 5 və 6 yaşlı uşaqları yanıq xəsarətləri alıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.