Sosial şəbəkədə biz:

Fransada Azərbaycanlı güləşçi erməniyə qalib gəldi

23 November 2021, 08:24
Gündəm

Fransada klublararası güləş çempionatına start verilib.

Pravda.az xəbər verir ki, ilk turda İslam Abbasovun heyətində yer aldığı "Şiltgem" komandası "Mets"lə üz-üzə gəlib.

Yunan-Roma güləşçimiz bu qarşılaşma çərçivəsində 2 görüş keçirib. Abbasov fransalı Salamon Entoni üzərində böyük hesablı qələbə qazanıb - 8:0. İslam erməni Edqar Xaçaryanı da məğlub edib - 6:3. Həmyerlimizin komandası yekunda 7:3 hesablı qələbəylə ilk turu başa vurub.

Qeyd edək ki, Fransa çempionatı dekabrın sonunadək davam edəcək.

https://www.youtube.com/embed/FRUZW5rrjb4