Sosial şəbəkədə biz:

Mövlud Çavuşoğlu: "Zəngəzur dəhlizi regionun iqtisadi inkişafına töhfə verəcək"

27 November 2021, 14:05
Gündəm

"İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik Türkmənistana veriləcək".

“Report”un xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviter səhifəsində yazıb.

"İƏT Asiya və Avropa arasında körpü olmalıdır. İslamabad-Tehran-İstanbul nəqliyyat dəhlizi buna yaxşı örnəkdir. Zəngəzur dəhlizi isə regionun iqtisadi inkişafına töhfə verəcək", - nazir vurğulayıb.