Sosial şəbəkədə biz:

AİHM Ermənistanla bağlı daha bir qərarını açıqlayacaq

28 November 2021, 10:23
Gündəm

Avropa İnsan Hüquqları Məhkəməsi noyabrın 30-da “Derenik Mkrtıçyan və Qayane Mkrtıçyanın Ermənistana qarşı” işinə dair qərarını elan edəcək.

İddiaçılar 10 yaşlı uşağın 2010-cu ildə məktəbdə mübahisə zəminində ölməsinin düzgün araşdırılmadığını iddia edirlər. Derenik Mkrtıçyan uşağın babası, Qayane isə anasıdır.

İddiaçıların fikrincə, məktəb rəhbərliyi uşağı yetərincə qorumayıb, hüquq-mühafizə orqanları isə işi ətraflı araşdırmadan bağlayıb. Onlar Konvensiyanın 2-ci (yaşamaq hüququ) və 13-cü (keyfiyyətli hüquqi yardım) maddələrinin pozulduğunu iddia edirlər.