Sosial şəbəkədə biz:

Füzulidə minaya düşən hərbçilərinin ayaqları amputasiya edildi

29 November 2021, 10:58
Gündəm

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Füzuli rayonunun Ermənistanın işğalından azad olunan hissəsində minaya düşən hərbi qulluqçularının son durumu açıqlanıb.

Hərbi qulluqçular - Sarib Məmmədzadə və Murad Məmmədzadənin hər birinin ayaqlarından biri amputasiya edilib. Hazırda hər iki şəxsin vəziyyəti stabildir, müalicələri davam etdirilir.

Xatırladaq ki, Daxili Qoşunların hərbi qulluqçuları - 2001-ci il təvəllüdlü Sarib Məmmədzadə ilə 2002-ci il təvəllüdlü Murad Məmmədzadə noyabrın 28-də Füzuli rayonunun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşüblər. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.