Sosial şəbəkədə biz:

İcra başçısı rinqə çıxdı - Foto

17 March 2016, 15:59
Gündəm
Daşkəsən rayonunda Novruz bayramı böyük təntənə ilə qeyd edilib.   Daşkəsən Rayon İcra Hakimiyyətindənmodern.az-a verilən məlumata görə, icra başçısı Əhəd Abıyev martın 17-də Bahar qızı və Dədə Qorqudun müşayiəti ilə bayram tonqalını yandırıb.   Əhəd Abıyev sakinləri təbrik nitqi söyləyib.   Heydər Əliyev meydanında keçirilən ümumrayon şənliyi musiqi və  idmançıların müxtəlif idman nömrələri ilə və rəngarəng əyləncəli proqramlarla davam etdirilib.   Daha sonra rayon ərazisində yerləşən N saylı hərbi hissədə əsgər və zabitlərlə birgə bayram şənliyi davam etdirilib.