Günay Məmmədzadə Aslan İsmayılovun oğlu ilə evləndi
Qadın şahmatçılardan ibarət millimizin üzvü Günay Məmmədzadə ailə həyatı qurub.
Avropa çempionatının ikiqat bürünc mükafatçısı tanınmış vəkil Aslan İsmayılovun oğlu Ziyəddin Aslanla evlənib.
Toy mərasimindən şəkli qrossmeysterimiz Şəhriyar Məmmədyarov özünün sosial şəbəkə hesabında paylaşıb. Fotoları təqdim edirik

