"Azərbaycan neftinin "STAR"da emalı səmərəli olmaz"
"STAR" Zavodu 28 fərqli növ xam neftin testini edib, bu neft məhsullarını emal etmək qabiliyyətinə malikdir.
Bunu "SOCAR Türkiyə" Neft emalı ve Neft-kimya iş birliyinin baş direktoru, eyni zamanda "Petkim"in baş direktoru Anar Məmmədov Azərbaycan media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, bu gün zavod Qazaxıstandan, Rusiyadan, Norveçdən, Tunisdən, Mərakeşdən və Aralıq dənizi ölkələrindən neft alır. A.Məmmədov bildirib ki, bu ölkələr arasında ilk üçlük Norveç, Rusiya və Qazaxıstandır.
Azərbaycan neftinin "STAR" zavodunda emalına gəlincə, A.Məmmədov bildirib ki, Azərbaycan nefti bahalı, keyfiyyətli, yüngül neftdir: “Azərbaycan neftinin yüksək keyfiyyətinə görə daha böyük müştəriləri var. Bu baxımdan, Azərbaycan neftinin "STAR" zavodunda emalı çox səmərəli olmaz”, - deyə A.Məmmədov bildirib. Musavat.com