2 ay əvvəl atasını, helikopter qəzasında ərini itirdi - FOTO
Ötən gün "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları keçirən helikopterin qəzaya uğraması nəticəsində 14 nəfərin həlak olduğu, 2 nəfərin yaralandığı barədə xəbər vermişdik. Vəfat edən hərbçilərdən biri kapitan Cavid Bayramlı olub. 1994-cü il təvəllüdlü Cavid Əhliman oğlu Bayramlı Naxçıvan Muxtar Republikasının Şahbuz rayonunda doğulub. O, ailəsi ilə birgə Yasamal rayonunda yaşayıb. Əldə etdiyimiz məlumata görə, həyat yoldaşı Nuray 2 ay əvvəl atasını itirib. Qeyd edək ki, Cavidlə Nuray cütlüyünün bir qız övladı var.(bizimmedia)



