Sosial şəbəkədə biz:

Elçin Quliyevin mühafizəçisi jurnalisti yumruqladı - VİDEO

01 December 2021, 20:50
Gündəm

Dövlət Sərhəd Xidmətinin zabiti, mayor Rövşən Cahangirov şəhid pilotların dəfn mərasimində jurnalistlərə hücum edib.

Hadisə tanınmış jurnalist, Baku.TV-nin əməkdaşı Tural Museyibov DSX-nin rəisi Elçin Quliyevdən açıqlama almaq istəyərkən baş verib.
R.Cahangirov T.Museyibovu itələyib, ərazidən uzaqlaşdırmaq istəyib, bu prosesi çəkən operatora isə yumruq atıb.Rövşən əvvəllər "Space" və "Lider" Tv-də çalışıb.
Keçmiş media əməkdaşının özünü qoçu, qolu zorlu, zorba və kobud aparması ictimai qınaqla nəticələnib.

Qeyd edək ki, Rövşən Cahangirov Müğənni Elnarə Xəlilovanın həyat yoldaşıdır.

https://www.youtube.com/watch?v=eG-eNFyiA-Q