Sosial şəbəkədə biz:

Türk lirəsi ucuzlaşsa da Bakıda satılan Türkiyə malları niyə ucuzlaşmır? - VİDEO

02 December 2021, 08:35
Gündəm

Ötən 10 ayda  türk lirəsi təxminən 2 dəfə ucuzlaşıb. Bu, ölkəmizdə satılan Türkiyə məhsullarının qiymətinə necə təsir edib? Alcılar və satıcılarla bu suallara cavab tapmağa çalışmışıq.

Ötən 10 ayda  türk lirəsi təxminən 2 dəfə ucuzlaşıb .

Lakin türk lirəsinin ucuzlaşması ölkəmizdə satılan türk məhsullarının qiymətinə təsir etməyib.

Satıcılar bunun səbəbini müxtəlif cür izah edirlər.

İqtisadçı- ekspert  Rəşad Həsənov deyir ki, Türkiyədə milli valyutanın ucuzlaşması  oradan idxal olunan məhsulların qiymətinə təsir edir. Ancaq alqı-satqı üçüncü bir ölkənin  valyutası ilə aparılarsa, bunun əksi müşahidə ediləcək.

Bəzi ölkələr bilərəkdən öz milli valyutalarını ucuzlaşdıraraq , onların istehsal etdiyi məhsulların xarici  bazarlarda daha rəqabətli, daha optimal qiymətə təklif olunması üçün şərait yaradırlar deyə Rəşad Həsənov əlavə edib.

https://www.youtube.com/embed/vg6BPUNZgIE