Sosial şəbəkədə biz:

Ağcabədidə polis ailəsi ilə birgə yanaraq öldü

02 December 2021, 08:42
Gündəm

Ağcabədi rayonunun Hindarx qəsəbəsində fərdi yaşayış evində baş verən yanğın söndürülüb.

APA xəbər verir ki, hadisə baş verən evdə 3 nəfər yanaraq ölüb.

Bunlar 1991-ci il təvəllüdlü Kərimov Miri Firdovsi oğlu, bir yaş yarımlıq Kərimov Pünhan Miri oğlu və Kərimova Nailə İsa qızıdır. Həlak olanlar bir ailənin üzvləridir. Kərimov Miri post patrul xidmətinin komandiridir.