Sosial şəbəkədə biz:

Təhsil naziri: "Müəllimlərin 90 mindən çoxu üçüncü doza peyvəndi vurdurub"

02 December 2021, 15:47
Gündəm

"Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində çalışan pedaqoji heyətin, təxminən, 90 mindən çoxu koronavirus əleyhinə peyvəndin üçüncü dozasını vurdurub". Bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, bu gün istər təhsildə, istərsə də digər sahələrdə iştirakçılıq təmin olunursa, bu, əhalinin kütləvi vaksinasiyası nəticəsində mümkün olub: "İl yarım bundan əvvəl ölkədə gün ərzində yoluxma sayı 5 mindən yüksək olanda problemlər yaşayırdıq. Lakin indiki vəziyyətdə məktəblərdə, yaxud ali təhsil müəssisələrində ənənəvi tədrisi davam etdiririk".