Sosial şəbəkədə biz:

Nazir müavini bu işindən istefa verdi

03 December 2021, 14:26
Gündəm

Gənclər və idman naziri Fərid Qayıbovun müavini təyin edilən Marina Vasileva Azərbaycan gimnastika yığmasının baş məşqçisi postundan ayrılıb. 

Bu barədə “Qafqazinfo”ya nazirliyin Mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev məlumat verib. 

O bildirib ki, nazir müavinin gimnastika zalında işləməyə vaxtı olmayacaq və bu səbəbdən yığmanın baş məşqçi postunda çalışmayacaq.