Sosial şəbəkədə biz:

800 minə yaxın əfqan uşağın sığınacaqlara ehtiyacı var

04 December 2021, 14:10
Gündəm

800 minə yaxın əfqan uşağın xəstəliyə və ya ölümə səbəb ola biləcək şaxtalarla üzləşdiyi üçün adekvat sığınacağa ehtiyacı var.

Bu barədə “Save the Children” Uşaqların Hüquqlarını Müdafiə Təşkilatının üç aylıq hesabatında bildirilir.

Təşkilatın açıqlamasına görə, 8,6 milyona yaxın uşaq kifayət qədər yorğan-döşək olmayan evlərdə yaşayır, 3 milyondan çox uşaq isə temperatura dözmək üçün lazımi şəraitə malik deyil: “BMT-nin ev təsərrüfatı sorğuları göstərir ki, təxminən 1,6 milyon insan çadırlarda və ya müvəqqəti sığınacaqlarda yaşayır".