Sosial şəbəkədə biz:

Fulya Öztürk xəstəxanaya yerləşdirildi

04 December 2021, 17:51
Gündəm

"Fox TV"də çalışan jurnalist Fulya Öztürk səhhətində yaranan problemdən dolayı təcili xəstəxanaya yerləşdirilib.

Bu barədə tanınmış jurnalist "Tvitter"də məlumat yayıb.
Türkiyənin Fox TV kanalında yayımlanan "Fulya ile umudun olsun” proqramının dünənki buraxılışında o, efirə çıxa bilməyib. Proqramı F.Öztürkün yerinə psixoloq Esra Ezmeci təqdim edib.

F.Öztürk xəstəxanadan foto paylaşaraq onun üçün narahat olan və sağalmasını diləyən hər kəsə təşəkkür edib və "Canım ağrıyır, rəbbimə sığınıram" sözlərini qeyd edib.