Sosial şəbəkədə biz:

Deputat Ulvi Quliyevin oğlu ölkədən çıxardığı pulları geri qaytarır

05 December 2021, 01:29
Gündəm

Azinforum.az xəbər verir ki, Jurnalist Cavanşir Həsənli özünün “Feysbuk” səhifəsində Milli Məclisin deputatı Ülvi Quliyevin oğlu Orxan Quluzadə Britaniyadakı iki şirkətindən birini bağlamasından yazıb: “Onun təxminən iki il əvvəl Londonda təsis etdiyi MARKETING SOLE PROJECT LTD şirkəti bu il avqustun 24-də qapadılıb.


Bundan əvvəl sənədlər əsasında təqdim etdiyim materiallarda Orxan Quluzadənin sahib olduğu digər şirkəti - GUANO LTD üzərindən Londonda 5 bahalı mənzil alması haqqında yazmışdım.
Mənə çatan məlumata görə "profilaktik söhbətlərdə" deputatın oğluna İngiltərənin daşınmaz əmlak bazarından geri çəkilmək, mənzilləri satmaq və pulu ölkəyə geri gətirmək məsləhət görülüb”.

Azinforum.az