Sosial şəbəkədə biz:

Şuşada inşa olunan məktəb gələn ilin dekabrında hazır olacaq

06 December 2021, 16:31
Gündəm

Şuşada inşa olunan 1 nömrəli məktəbin tikintisi 2022-ci ilin dekabr ayında bitəcək.

Bunu təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, məktəb 960 nəfərlik tutuma malik olacaq.

Qeyd edək ki, həmin məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Prezidentin Ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılmışdı.