Sosial şəbəkədə biz:

Korrupsiya cinayətləri törədən 41 şəxs amnistiyaya düşüb

06 December 2021, 16:42
Gündəm

Kibercinayətlər və korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər törədən və 8 Noyabr - Zəfər Günü münasibətilə qəbul edilən Amnistiya Aktının şamil olunduğu şəxslərin sayı açıqlanıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, Amnistiya Aktı kibercinayətlər törətmiş 1 şəxsə və korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər törətmiş 41 şəxsə tətbiq edilib.