Sosial şəbəkədə biz:

Gəncədə gənc qadın taksi sürücüsünü bıçaqlayıb

07 December 2021, 13:50
Gündəm

Gəncədə yanacaqdoldurma məntəqəsində bıçaqlanma hadisəsi baş verib.

Hadisə şəhərin Bağmanlar adlanan ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində baş verib. Məntəqənin xadiməsi, 1989-cu il təvəllüdlü Günel Məmmədova oraya gələn taksi sürücüsü, Göygöl rayon sakini Vüsal Məhərrəmovu bıçaqlayıb.

İlkin məlumata görə, qadın həmin taksi ilə hər gün işə gəlib-gedirmiş. 

Faktla bağlı polis araşdırmaya başlayıb.

Qeyd edək ki, Bakıda bəzi taksi sürücülərinin müştəri qadınları qısnaması, onlara qarşı əxlaqdankənar davranması halları barədə şikayətlərə tez-tez rast gəlinir.