Sosial şəbəkədə biz:

Azərbaycanın qeyri-neft ixracı bu il rekord vuracaq - NAZİR

07 December 2021, 16:02
Gündəm

Yenilənmiş proqnozlara görə, bu il Azərbaycanda qeyri-neft məhsullarının ixracı rekord həddə çataraq 2,6 mlrd. ABŞ dollarını ötəcək.

"APA-Economics"in xəbərinə görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında bildirib.

Nazir qeyd edib ki, dayanıqlı inkişaf prioritetlərinə uyğun olaraq, iqtisadiyyatın şaxələndirilməsi və şəffaflığın artırılması istiqamətində səylər davam etdirilir.