Sosial şəbəkədə biz:

“Qarabağ” “Bazel”ə uzudub ikinci oldu

10 December 2021, 08:32
Gündəm

Bu gün Konfrans Liqasında qrup mərhələsinə yekun vurulub.

Turnirdəki təmsilçimiz “Qarabağ” qrupda son matçını keçirib. Qurban Qurbanovun komandası İsveçrədə “Bazel”lə həlledici matça çıxıb. 2-ci dəqiqədə "Qarabağ"ın təmiz qolu qeydə alınmayıb. Oyun meydan sahiblərinin qələbəsilə başa çatıb - 3:0.

"Bazel" qrup lideri kimi birbaşa 1/8 finala yüksəlib. Qrupda 2-ci yeri tutan "Qarabağ" Avropa Liqasında ən yaxşı qrup 3-cüsü olan 8 komandadan biri ilə pley-off oyununa çıxacaq. 

9 dekabr

Konfrans Liqası

Qrup mərhələsi, 6-cı tur

H qrupu

00:00. “Bazel” (İsveçrə) – “Qarabağ” (Azərbaycan) - 3:0 

Qollar: Kabral, 33, 74, Kasami, 62,

Baş hakim: Fran Yoviç (Xorvatiya)

Bazel. “Sent Yakobs Park”