Sosial şəbəkədə biz:

“Danışığım qalmaqal yaratdı” - Misir Mərdanov

11 December 2021, 09:04
Gündəm

“Mən daha Təhsil Nazirliyi yanında İctimai Şura haqqında danışmaq istəmirəm”.

Bu sözləri sabiq təhsil naziri Misir Mərdanov Modern.az-a açıqlamasında deyib. O bildirib ki, Təhsil Nazirliyi yanında yaradılmış İctimai Şura haqqında bundan öncəki açıqlaması qalmaqal yaradıb:

“Elə sizə müsahibə verdim və danışığım qalmaqal yaratdı. Ona görə daha bu haqda danışmaq istəmirəm”.

Qeyd edək ki, bu gün saat 11:00-da Təhsil Nazirliyi yanında İctimai Şuranın sədrliyinə seçkilər keçirilib.  Bəzi məlumatlara görə, İctimai Şuranın üzvləri arasında sədrlik postu uğrunda ciddi mübarizə gedib.

Günel Səfərova İctimai Şuranın yeni sədri seçilib.