Sosial şəbəkədə biz:

Mahir Emrelinin komandası 40 min avro cərimələndi

12 December 2021, 12:47
Gündəm

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sını cərimələyib.

Buna Varşava təmsilçisinin evdə İtaliya "Napoli"sinə 1:4 hesabı ilə uduzduğu Avropa Liqasının qrup matçında yerli azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi səbəb olub.

Nəticə klub 40 000 avro məbləğində cərimələnib.

Qeyd edək ki, sözügedən qarşılaşmada "Legiya"nın yeganə qolunu Mahir Emreli vurub.