Sosial şəbəkədə biz:

“Xankəndiyə dəmir yolu xəttinin çəkilməsi planlaşdırılır”

12 December 2021, 12:53
Gündəm

Ağdama və sonra da Xankəndi istiqamətində dəmiryol xəttinin çəkilməsi planlaşdırılır.

Bunu Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, Şuşa istiqamətində də layihələndirmə işləri gedir.

"Amma tikinti işlərinə nə zaman başlanılacağını deyə bilmərəm. Nə zaman qərar verilsə, ondan sonra işlərə başlanılacaq" - deyə, o bildirib.