Sosial şəbəkədə biz:

"Onu deyən başından böyük səhv edir" - Bayram Səfərov

16 December 2021, 16:28
Gündəm

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov uzun zamandır görünməməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, icra hakimiyyətinin saytında dekabr ayının 12-də Ulu Öndər Heydər Əliyevin anım günündə hər hansı tədbirin keçirilməsinə dair məlumat yerləşdirilməyib. Sosial şəbəkə istifadəçiləri icra başçısı Bayram Səfərovun səhhətində problem yarandığını iddia ediblər.

Bu barədə B.Səfərov açıqlama verib:

"Vəziyyətim yaxşıdır. Səhhətimdə hər hansı bir problem yoxdur. Hazırda məzuniyyətdəyəm. Nə bilirsiniz ki tədbir keçirilməyib? Onu deyən başından böyük səhv edir".
Unikal.org