Sosial şəbəkədə biz:

Manaf Ağayev villalarının sayını açıqladı

18 December 2021, 19:24
Gündəm

Müğənni Manaf Ağayev sosial şəbəkədə tez-tez maşınlarla foto paylaşmasından danışıb.

İfaçı “Həmin Zaur” verilişində ona ünvanlanan “Məşhur maşın şirkətinin biri ilə müqavilə bağlamısınız, ona görə avtomobillərlə fotolar yayımlayırsınız?” suala belə cavab verib:

“Sevirəm maşın və ya başqa əşya ilə şəkil çəkdirim. O demək deyil ki, görməmişəm. Nə qədər “şablon” şəkil olar”.

Manaf “3 villanız var?” sualına isə “23 villa var. Heç bir mülkümü də satmamışam” reaksiyasını verib.