Sosial şəbəkədə biz:

Sığortasız avtomobillərin sürücülərinə şad xəbər

18 March 2016, 17:30
Gündəm
"Mürəkkəbi hələ qurumaımış yeni İnzibati Xətalar Məcəlləsində başqa bir maraqlı dəyişiklik də olub. İcbarı sığortası olmayan avtomobillərin sürücülərinin də canı addımbaşı elektron protokolla üzləşməkdən qurtardı". FaktXəbər-in verdiyi məlumata görə, bu barədə yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib. Onun sözlərinə görə, icbarı sığortaya görə məsuliyyətə cəlb edilən sürücü düz 20 gün yenidən məsuliyyətə cəlb oluna bilməz: "Həmin müddət ərzidə icbari sığorta müqaviləsi bağlamasa, 21-ci gün yenidən məsuliyyətə cəlb oluna bilər". Bununla belə, ekspert 20 gün məsələsinin çox olduğunu vurğulayıb. "Belə çıxır ki, 20 gün icbari sığortasız sürmək olar...", - deyə Ərşad Hüseynov narazılığı bildirib.