Sosial şəbəkədə biz:

12 imamla bağlı klipə görə məktəb rəhbəri cəzalandırılıb

21 December 2021, 12:27
Gündəm

Təhsil naziri Emin Əmrullayev məktəbdə dini klipin çəkilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

“Qafqazinfo” xəbər verir ki, nazir bu gün keçirdiyi brifinqdə bu barədə məlumatlı olduğunu, məsələnin araşdırıldığını bildirib:

“Məktəbdə mövzulardan asılı olmayaraq klip çəkilişi üçün yer olmamalıdır. Kimsə məktəbdə maarifləndirmə ilə bağlı serial çəkirsə belə, nazirlikdən icazə alınmalıdır. Biz araşdırmışıq ki, həmin dini klip iş günü olmayan gündə çəkilib. Bizdən icazə alınmayıb. Valideynlər də bu prosesdə iştirak ediblər. Artıq məktəb rəhbəri müvafiq qaydada cəzalandırılıb”.

Gülnar Əliyeva 

https://ok.ru/videoembed/3143323355754