Sosial şəbəkədə biz:

Rusiyada koronavirusdan ölənlərin sayı 300 mini ötdü

26 December 2021, 13:22
Gündəm

Rusiyada son sutka ərzində daha 23 721 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

 Rusiyada COVID-19-a yoluxanların sayı 10 392 020 nəfərə çatıb.

Son sutka ərzində 968 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 304 218 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Almaniya, Böyük Britaniya və Fransadan sonra beşinci yerdə gəlir.