Sosial şəbəkədə biz:

Lavrov hədələdi:"Moskva Rusiya vətəndaşlarını müdafiə edəcək"

31 December 2021, 13:15
Gündəm

"Moskva Donbasdakı yüz minlərlə Rusiya vətəndaşının müdafiəsi və Ukraynadakı münaqişənin diplomatik yollarla həlli üçün bütün lazımi tədbirləri görməyə hazırdır".

Cebhe.info xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov RİA Novosti agentliyinə müsahibəsində bildirib.

“Biz Ukraynanın daxili münaqişəsinin siyasi və diplomatik yollarla həlli üçün səylərimizi davam etdirəcəyik. BMT Təhlükəsizlik Şurasının 2202 saylı qətnaməsi ilə təsdiq edilmiş Minsk Tədbirlər Paketi bunun üçün mübahisəsiz əsas olaraq qalır”,-deyə Lavrov qeyd edib.

XİN rəhbəri vurğulayıb ki, Kiyevin Donbasa qarşı hər hansı mümkün hərbi təxribatına adekvat cavab veriləcək.

Lavrov əlavə edib ki, Qərb ölkələri Ukrayna hakimiyyətinin militarist istəklərini dəstəkləməkdə davam edir və Kiyev rejimi təbii ki, bu dəstəyi hərbi əməliyyat üçün kart-blanş kimi qəbul edir.

Xatırladaq ki, bir müddət əvvəl Lavrov ATƏT Nazirlər Şurasında çıxışı zamanı Kiyevin hərbi texnika ilə təchiz olunmasının Donbasda qarşıdurmaya səbəb olacağından narahatlığını ifadə edib.