Sosial şəbəkədə biz:

Həbsdən qaçan erməni yazıçı tutuldu - Türkiyəyə təhvil veriləcək

02 January 2022, 11:28
Gündəm

Türkiyədə həbsdən qaçan və Yunanıstanda yaşayan erməni yazıçı Sevan Nişanyan saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə onun arvadı İra Tzouru sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, Yunanıstan hökuməti Nişanyanı Türkiyəyə təhvil verəcək.

Tzouru bildirib ki, Nişanyanın yaşayış icazəsini 1 illik uzatmaq istəyi dekabrın 29-da rədd edilmişdi:

“Yunanıstan rəsmiləri Sevan Nişanyanı dekabrın 30-da nəzakətlə polis idarəsinə dəvət etdilər. 1 saat keçdikdən sonra onu yaşayış icazəsinin bitməsi səbəbindən həbs etdilər”.