Azərbaycan hərbçisi minaya düşdü
Azərbaycan Ordusunun hərbi qulluqçusu Kəlbəcər rayonunun Bağlıpeyə yaşayış məntəqəsində minaya düşüb.
Müdafiə Nazirliyi redaksiyamızın sorğusuna cavab olaraq hadisəni təsdiqləyib. Qeyd olunur ki, əsgər Eyniyev Yusif Süleyman oğlu yanvarın 2-də Bağlıpəyə yaşayış məntəqəsi istiqamətində piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb. Y.Eyniyev hərbi tibb müəssisəsinə təxliyə edilib. İstintaq aparilir. virtualaz.org