Sosial şəbəkədə biz:

Bayden Zelenskiyə zəng vurdu: “Ukrayna sərhədində vəziyyət pisləşsə, həlledici cavab verəcəyik”

03 January 2022, 11:08
Gündəm

ABŞ Prezidenti Co Baydenlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Bu barədə Ağ Ev məlumat yayıb. 

Məlumata görə, Bayden bildirib ki, ABŞ və müttəfiqləri Ukrayna sərhədlərindəki vəziyyətin pisləşəcəyi təqdirdə həlledici cavab verəcəklər. 

Bundan başqa, Ağ Ev rəhbəri Donbasda gərginliyin azaldılması üçün atılan addımları dəstəklədiyini bildirib.