Sosial şəbəkədə biz:

Səfirlik Qazaxıstandakı azərbaycanlılara çağırış etdi

05 January 2022, 16:50
Gündəm

Qazaxıstanda etiraz aksiyaları zamanı Azərbaycan vətəndaşlarının xəsarət alması ilə bağlı səfirliyə heç bir müraciət daxil olmayıb.
Bu məlumatı Azərbaycanın Qazaxıstandakı səfirliyi yayıb. Diplomatik nümayəndəliyin məlumatında qeyd olunur ki, Qazaxıstanın üç şəhərində - Almatı, Aktau, Aktobedə vəziyyət hələ də gərgindir. Paytaxt Nur-Sultanda isə etiraz və mitinqlər yoxdur, vəziyyət sabitdir.

Səfirlik Qazaxıstanda yaşayan Azərbaycan vətəndaşlarına insanların sıx toplaşdığı yerlərdən uzaq durmağı, evlərində qalmalarını və bütün zəruri ehtiyat tədbirlərinə riayət etməyi tövsiyə edib. Diplomatik nümayəndəlikdən bildirilib ki, mövcud vəziyyət Qazaxıstandakı Azərbaycan diasporunun rəhbərliyi ilə də müzakirə edilib.