Sosial şəbəkədə biz:

Arvadının baltalayıb öldürdüyü məmur oğlunun FOTOLARI

07 January 2022, 13:59
Gündəm

Azərbaycanda törədilən dəhşətli qətlin görüntüləri yayılıb.

AZINFORUM.AZ xəbər verir ki, lent.az Ağstafada həyat yoldaşı tərəfindən yataqda baltalanaraq öldürülən məmur oğlunun ən son fotolarını əldə edib.

Həmin fotoları təqdim edirik:




Xatırladaq ki, məlum hadisə yanvarın 4-də Ağstafanın Dağ Kəsəmən kəndində qeydə alınıb.

Kənd sakini, 1984-cü il təvəllüdlü Elvin Abdullayev yaşadığı evdə arvadı, 1985-ci il təvəllüdlü Aynur Abdullayeva tərəfindən başından balta ilə vurularaq öldürülüb.

Qeyd edək ki, qətlə yetirilən E.Abdullayev Dövlət Sığorta Agentliyin Qazax filialının direktoru Mübariz Abdullayevin oğludur.

İlkin məlumata görə, E.Abdullayevin atası ilə münasibətləri yaxşı olmayıb. Bu səbəbdən də o qayınatasının evində qalırmış.

E.Abdullayevin həyat yoldaşı ilə aralarında tez-tez ailə münasibətləri zəminində münaqişə olub.