Sosial şəbəkədə biz:

Elza Seyidcahan: "Qadınların borcudur ki, hər zaman ərlərinin xəyanətini bağışlasınlar"

08 January 2022, 14:18
Gündəm

Əməkdar artist Elza Seyidcahan yeni açıqlaması ilə gündəmə gəlib. 

Sənətçi müsahibələrindən birində kişinin qadına xəyanətini dəstəkləyən fikirlər səsləndirib:

"Baxırsan ki, hər şeyləri var, xoşbəxtdirlər. Amma "Ərim mənə xəyanət edir" deyib boşanırlar. Heç xəyanətə görə boşanarlar? Qadınların borcudur ki, hər zaman ərlərinin xəyanətini bağışlasınlar".

Seyidcahanın bu fikirləri sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub.