Sosial şəbəkədə biz:

Azərbaycanda iki siyasi partiya birləşir

11 January 2022, 16:20
Gündəm

Azərbaycanda iki siyasi partiyanın birləşdirilməsi qərara alınıb.

Bunlar Yeni Yol Partiyası və 24 iyun 1992-ci ildə dövlət qeydiyyatına alınmış Azərbaycan Dirçəliş və Tərəqqi Partiyalarıdır.
Bunun üçün Dirçəliş və Tərəqqi Partiyasının qurultayının keçirilməsi ilə bağlı qərar qəbul olunub və 5 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb. Təşkilat komitəsinin sədri isə Ramil Hüseynov seçilib.
R. Hüseynov Bakupost.az -a açıqlamasında bildirib ki, partiyanın növbəti qurultayı 22 yanvarda keçiriləcək:
“Qurultayın gündəliyinə yeni sədr seçkisi və digər təşkilati məsələlər salınıb. Eyni zamanda, partiyanın nizamnamisinə müəyyən dəyişikliklər edilməklə onu müasir dövrün reallıq və tələblərinə, siyasi şəraitinə uyğunlaşdırmaq nəzərdə tutulur”.