Sosial şəbəkədə biz:

Azərbaycanda hava yenidən soyuyacaq

14 January 2022, 13:40
Gündəm

“Yanvarın 16-sı axşam saatlarında, 17-si gündüzədək ölkə ərazisindən növbəti soyuq atmosfer cəbhəsinin keçməsi proqnozlaşdırılır”.

Bu sözləri “ Azinforum.az ” - a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

O qeyd edib ki, bununla əlaqədar ölkə ərazisində yağıntılı hava şəraiti olacaq: “Prosesin intensivliyi haqqında daha dəqiq məlumat yaxın günlərdə veriləcək”.