Sosial şəbəkədə biz:

Daxili İşlər Nazirliyi Toliklə bağlı açıqlama yaydı

14 January 2022, 15:56
Gündəm

Daxili İşlər Nazirliyi (DİN) prodüser Tarix Əliyevin (Tolik) canlı yayımda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (MAXE) təhqir etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev  bildirib ki, T.Əliyev özü ilə bağlı tədbir görüb.

“Sosial şəbəkə hesabında aralarında yaranan mübahisəyə aydınlıq gətirib”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Tolikin sosial şəbəkədə canlı yayım zamanı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları təhqir etməsi ilə bağlı videogörüntülər yayılmışdı.