Sosial şəbəkədə biz:

Hacı Zeynalabdin Tağıyevin abidəsi zədələndi - FOTO

19 January 2022, 08:34
Gündəm

Sosial şəbəkələrdə Hacı Zeynalabdin Tağıyevin yeni açılışı olan heykəlinin zədələndiyini əks etdirən görüntülər paylaşılıb.

Görüntülərdə Tağıyevin əlindəki təsbehin sınaraq yerə düşdüyü əksini tapıb. DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşları hazırda bununla bağlı araşdırma aparır.