Diyarbakırda Novruz şənlikləri “sönük” keçir
BBC Türkcenin müxbiri Hatice Kamer Diyarbakırdan yazır ki, bu yerlərdə hər il bir həftə əvvəl təntənə ilə başlanan Novruz bayramı bu il "xeyli sönük" keçir.
Diyarbakır, adətən Novruz günlərində qız-gəlinlərin geyindiyi müxtəlif rəngli geyimlərdən rəngbərəng görünür. Bu il şəhər küçələrində bu rənglər yoxdur. Diyarbakır Şəhər Bələdiyyəsi Novruz şənliklərinə gedən 128 avtobus sifariş edib, lakin həmişəki qələbəlik gözə dəymir, dayanacaqlardakı insanların sayı azdır. Martın 15-də Bağlar rayonunun Kaynartepe məhəlləsində elan edilmiş kommendant saatı bu gün səhər ləğv olunub. Hatice Kamer minlərlə insanın evlərini tərk etmək məcburiyyətində qaldığı Kaynartepe tərəflərdə olub. Burada insanlar evlərinə qayıtmağa başlayıblar. Bir həftədir ki, bağlı olan dükanlar açılır. Ustalar emalatxanalarında təmizlik işi aparırlar.“Mənim hüququmu qoruyan məndən soruşmalıydı”
Müxbir yazır: Koşuyolunda bir kafedə oturanlar məni çağırıb çay təklif edirlər. “Bunun axırı nə olacaq?” - deyə soruşurlar. Onlar baş verənlərdə həm dövləti, həm də PKK-nı günahlandırırlar. Amma nə adlarını deyirlər, nə də ki, kameraya düşmək istəyirlər.
Image copyrightHATICE KAMER“Dövlətə qəzəbli, HDP-dən incik”
Kafedəkilərin şənliklərə getmək fikirləri yoxdur. Onlar kommendant saatı günlərində HDP millət vəkillərinin dəstək verməməsindən incikdirlər: “Burada vəziyyət heç yaxşı deyil. Adamlar dərdə düşüblər, hayan olan da yox” – deyirlər. Dövlətə "qəzəbli", HDP-dən isə "incik" olduqlarını bildirirlər. Uşaqların psixikasının pozulduğunu deyirlər. “Səhərə qədər qorxu içində yaşadıq. Polis də maskalıdır, gənclər də. Əllərində də Kalaşnikov. Uşaqlar bunları necə yaddan çıxarsınlar” – deyir həmsöhbətlər.
Image copyrightHATICE KAMER