Sosial şəbəkədə biz:

Alim Qasımov nəvəsinin toyundan danışdı: “Vallah, hələ ayılmamışam”

31 January 2022, 16:14
Gündəm

"Nəvə toyunu görmək Allah bizə də nəsib etdi". 

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti, sevilən sənətkar Alim Qasımov nəvəsinin toyundan danışarkən deyib. Xanəndə Azərbaycan xalqına xoş gün arzulayıb:
"Allah bütün subaylarımıza toy sevinci yaşatsın".
Toyda "Azan" oxumusunuz. "Azan"ı özünüz oxudunuz, ya qonaqların  arzusu ilə” sualına Alim Qasımovun cavabı belə oldu:
"Vallah xəbərim yoxdur, canım üçün hələ ayılmamışam... Toy oxumaq, oynamaq üçündü..."
Qeyd edək ki, yanvarın 30-da Xalq artisti Alim Qasımovun nəvəsi Fatimə ilə "Natiq" ritm qrupunun rəhbəri Natiq Şirinovun oğlu Ümidin qız toyu olub. Fatimə Əməkdar artist Fərqanə Qasımovanın qızıdır.