Sosial şəbəkədə biz:

İbrahimbəyov Bakıda - qardaşının dəfninə gəlib

23 March 2016, 12:27
Gündəm
Akademik Milli Dram Teatrında xalq yazıçısı Maqsud İbrahimbəyovla vida mərasimi keçirilir.
Musavat.com saytının mərasimdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, yazıçını son mənzilə yola salmağa mərhumun yaxınları, sənət dostları gəlməyə başlayıb. Qardaşı Rüstəm İbrahimbəyovda mərasimə qatılıb.
Qeyd edək ki, vida mərasimi saat 12.00-dan 14.00-a qədər baş tutacaq.
 M. İbrahimbəyov I Fəxri Xiyabanda dəfn olunacaq.