Sosial şəbəkədə biz:

BNA-nı tənqid edən deputat: "Oy nə gözəl, nə gözəl!"

07 February 2022, 16:55
Gündəm

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyətinin, "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” (NİİM) Daxili İşlər Nazirliyinin tabeliyinə verilib.

Belə ki, BNA-nı daim tənqid edən millət vəkili Rüfət Quliyev qaynarinfo-ya açıqlamasında sərəncamı belə qarşılayıb:
"Sərəncamdan xəbərim yoxdur. Zarafat edirsiniz? Oy nə gözəl, nə gözəl! Prezidentə qurban olum, onun boyuna da. Xeyir xəbər olasan”.

Rüfət Quliyev bildirib ki, BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinə verilməsi tam doğru addımdır: "Mən bu qurumun fəaliyyətindən daim narazı olmuşam".