“Fənərbaxça” öz meydanında kubokla vidalaşdı
Futbol üzrə Türkiyə kubokunda 1/8 finalın oyunları keçirilir.
Belə ki, "Fənərbaxça" öz meydanında "Kayserispor"la qarşılaşıb.
Matç qonaqların 1-0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra İstanbul təmsilçisi ölkə kubokunda mübarizəni dayandırıb.