Zamiq oğlundan yazdı: “Mənə deyəndə ki, oxşamırsınız...” - Foto
Müğənni Zamiq Hüseynov sosial şəbəkədə yeni foto paylaşıb.
Belə ki, Zamiq öz uşaqlıq şəkli ilə oğlu Zeynin fotosunu kollaj edib.
"Hərdən mənə deyəndə ki, oxşamırsınız, deyirəm bəzən mənə də elə gəlir. Amma indi baxıram ki, bənzətmə qabiliyyətimiz çox zəifdir", - deyə müğənni paylamışda qeyd edib.
Zamiqin həmkarları və izləyiciləri Zeynin ona bənzədiyini yazıblar. 