Sosial şəbəkədə biz:

Rövşən Nəcəf SOCAR-ın birinci vitse-prezidenti oldu

10 February 2022, 15:58
Gündəm

İqtisadiyyat nazirinin birinci müavini Rövşən Nəcəf vəzifəsindən azad edilib.

“ Azinforum.az ” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə R.Nəcəf Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib.

Dövlət Neft Şirkətinin prezidenti vəzifəsinin müvəqqəti icrası Rövşən Nəcəfə həvalə edilib.