Sosial şəbəkədə biz:

“Al Market”lər şəbəkəsinin müdiri Tansel Tuzcunu məhkəməyə verdilər - SƏBƏB

10 February 2022, 16:09
Gündəm

Bakı şəhəri Nəsimi rayon Məhkəməsində “Azərsun Holdinq”ə daxil olan “Al Market” MMC-nin qanuni təmsilçisi Adem Tansel Tuzcuya qarşı məhkəmə iddiası qaldırılıb.
AZINFORUM.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, Adem Tansel Tuzcuya qarşı qaldırılan iddiaya hakim Elməddin Hüseynov tərəfindən baxılacaq.
Adem Tansel Tuzcu yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə ittiham olunur.
Məlumat üçün bildirək ki, Adem Tansel Tuzcu 2018-ci ildən “Azərsun Holdinq”də çalışır. Daha əvvəl Türkiyənin “Teksona”, “Şok Market” kimi aparıcı pərakəndə ticarət şəbəkələrində işləyib.
Onu da qeyd edək ki, ötən ilin yanvar ayında Dövlət Miqrasiya Xidməti Adem Tansel Tuzcuya Azərbaycanda daimi yaşamaq üçün icazə verilməsindən imtina edib.