Sosial şəbəkədə biz:

Ziya Məmmədovun qardaşı oğlunun dəbdəbəli toyu - VİDEO

19 February 2022, 14:29
Gündəm

Bakıda sabiq nəqliyyat nazir Ziya Məmmədovun qardaşı oğlu Arzuman Məmmədovun toyu olub.

Ötən gün keçirilən dəbdəbəli məclisdə xeyli sayda sənət nümayəndəsi iştirak edib.Gecədə türkiyəli müğənni Alişan, Xalq artisti Röya Ayxan, Əməkdar artistlər Sevda Ələkbərzadə, Abbas Bağırov, müğənni Zamiq Hüseynov da səhnə alıb. Tədbirin aparıcısı isə Leyla Quliyeva olub.

Məclisdən sonra isə Abbas Bağırov və müğənni Vüsal Hacıyevin də yer aldığı yığıncaq təşkil edilib. Sənətçilərimiz Alişanla birlikdə mahnılar səsləndirib. (Olay.az)

https://www.instagram.com/tv/CaJ1x3Mqq0d/embed